BR | Bounce rate:
Vebsaytınıza daxil olan istifadəçilərin ilk olaraq açdığı səhifədən digər səhifəyə keçib-keçməməsini ölçür. Əgər istifadəçi ilk səhifəyə baxdıqdan sonra ayrılırsa, bu proses ‘’Bounce rate’’ dərəcəsini nümayiş etdirir.
CAC | Customer acquisition cost:
Şirkətin hər yeni müştəriyə xərclədiyi məbləğ kimi başa düşülür. CAC əmsalını hesablamaq üçün müəyyən bir müddət ərzində marketinq, satış və reklam xərclərini toplamaq, sonra isə əldə etdiyiniz rəqəmi yeni müştərilərin sayına bölmək lazımdır.
CLV or CLTV | Customer lifetime value:
İstifadəçinin sizin markanıza qazandırdığı məbləğdir, əlavə olaraq bir müştərini itirməmək üçün nə qədər investisiya etməli olduğunuzu müəyyən edir. CLV daim brendinizin maraq dairəsində olan və sizin üçün potensial müştəri ola biləcək şəxsləri müəyyən etməkdə sizə yardımçı olur.
GA Google | Analytics:
Veb sayt ziyarətçilərinə dair ətraflı statistika yaratmaq üçün Google tərəfindən verilən pulsuz bir xidmət hesab olunur, həmçinin statistikalar Google serverində toplanır, istifadəçi JS kodunu saytının səhifələrinə yerləşdirə bilir.
PPC | Pay-per-click:
PPC- klik başına edilən ödəniş kimi başa düşülür. PPC vasitəsilə axtarış motorları və ya fərqli veb saytlar üzərindən saytınızı hədəf auditoriyanıza tanıtmaq üçün kampaniyalar yarada bilərsiniz və nəticədə əldə edəcəyiniz trafikə görə klik başına ödəniş ödəyəcəksiniz.
SEM | Search engine marketing:
Google axtarışları zamanı qarşınıza ilk çıxan reklam yazılı başlıqları SEM prosesinin davamı kimi hesab olunur. Bu proses Google, Yandex, Bing və s kimi axtarış sistemləri üzərindən həyata keçirilir. Əsas məqsəd isə rəqiblərinizi üstələyərək axtarış sistemlərində üst sıralarda görünə bilərsiniz.
SEO | Search engine optimization:
SEO vebsaytınızın axtarış motorları səhifələrində yuxarı sıralarda yerləşməsi üçün edilən texnikalardır ki, təqdim etdiyiniz məhsul və ya xidmətləri insanlar Google, Yahoo, Bing kimi axtarış motorları vasitəsilə daha tez tapa bilsinlər. Əvvəllər SEO-nun uğurlu olub-olmaması Google-un birinci səhifəsində sıralanmaqla ölçülürdü. Lakin əgər ziyarətçilər axtardığını sizin saytınızda tapa bilmirsə, irəli sıralarda olmağınızın, çox sayda trafikin biznesiniz üçün heç bir əhəmiyyəti olmayacaq. Bu trafikdən müştəri qazana bilmədiyinizə görə də həmin açar sözə görə yuxarı sıralarda sıralanmaq faydasızdır.
SERP | Search engine result page:
Hər hansısa bir axtarış sistemində açar sözü yazdıqdan sonra qarşınıza çıxan nəticələrin ümumi siyahısının adına SERP deyilir, bir növ ekranda göstərilən nəticələr toplusu kimi.
A/B testing:
Bu analiz məhsulunuz üçün hansı təklif strategiyasının daha effektiv olmasını sizə göstərir. Necə? Məsələn siz hər hansısa bir məhsulu sosial şəbəkə kanallarında reklama qoymaq istəyirsiniz, lakin 2 fərqli rəng arasında qalmısınız və hansının daha effektiv olacağı ilə bağlı ağlınızda müəyyən şübhələr yaranıb. Bu zaman A/B testing edərək görmək istədiyiniz nəticə ilə qarşılaşırsınız.
B2B | Business-to-business:
Şirkətlər arası ticarət, marketinq və satış üçün verilən qısa addır və bir şirkətin məhsul və xidmətlərinin başqa firmaya satıldığı anlamına gəlir.
B2C | Business-to-consumer:
Hər bir pərakəndə satış üçün çox vacib olan B2C modelində şirkətlər öz virtual mağazalarında məhsul və xidmətlər təqdim edərək, istehlakçıları ilə saytlar vasitəsilə əlaqə quraraq, axtardıqlarını və online ya da offline satışı tamamlamaları üçün planlar tərtib edirlər və daha müştərilə fokuslanırlar.
CRO | Conversation optimization system:
Sayt trafikinizi artırmağa yardımçı olan ən vacib komponentlərdən biri hesab olunur, vebsaytınızı gələn potensial müştərinin müştəriyə çevrilməsi və ya müştəri qazanma prosesini tamamlamaq kimi başa düşə bilərik.
CTA | Call-to-action:
Qısa olaraq hərəkətə keçid və hərəkətə çağırış kimi adlandıra bilərik. Qarşı tərəfi vebsaytınıza və ya sosial media kanalınıza birbaşa hərəkətə cəlb etmək məqsədilə düşünülüb hazırlanmış xüsusi mesaja verilmiş addır.
CTR | Click-through-rate:
Bu termin məzmuna tıklama dərəcəsi kimi qəbul olunur, müəyyən bir zaman ərzində reklamı vuran istifadəçilərin reklamı görən istifadəçilərin sayına nisbəti ilə ölçülür.
KPI | Key performance indicator:
Adından da göründüyü kimi hər hansısa bir məzmunun performasını ölçmək üçün KPI-dan istifadə olunur. Hədəf auditoriyanın düzgün seçimi, ən effektiv reklam kanallarından istifadə olunması, auditoriya maraqlarına ən uyğun kontentin paylaşılması, kreativ ideyanın müştəriyə keçməsi KPI göstəricisinə təsir edən amillərdir.
ROI | Return on Investment:
İnvestisiyanın gəlirlilik səviyyəsini ölçür, düsturu belədir: Xalis gəliri xalis xərcə bölüb 100-ə vurmaqla bu nisbəti ölçə bilərsiniz.
ROMI | Return on Marketing Investment:
Marketinq fəaliyyətinin effektlivliyini ölçmək üçün nəzərdə tutulur və gələcək marketinq fəaliyyətinin inkişafında önəmli rol oynayır.
RSS | Rich site summary:
Bu versiyada informasiya zənginləşdirilmiş məlumatla təqdim edilir, xəbər, məqalə, bloq və s. bu kimi informasiya mənbələrində olan dəyişikliklərinin təsviri üçün nəzərdə tutulmuş XML formatının bir növüdür.
SWOT:
SWOT təhlilin əsas məqsədi şirkətin daxili və xarici amillərinin təhlili, məhsulun rəqiblərlə müqayisədə risklərinin və rəqabət qabiliyyətinin qiymətləndirilməsindən ibarətdir. Bu analiz metodu şirkətinizin inkişafı yolunda hansı addımların atılmalı olduğunu, eləcə də hansı problemin təcili həll etməli olduğunu müəyyən etməyə imkan verir. Təhlil apardığımız zaman bir tərəfdə şirkətin güclü və zəif tərəfləri, digər tərəfdə isə şirkətin qarşısına çıxa biləcək fürsətlər və təhlükələr qeyd olunur. Bu analiz haqqında tam oxumaq üçün digər yazıma keçid edə bilərsiniz: SWOT
Əlavə olaraq ölkəmizdə və dünyada sosial media ilə bağlı qeyd olunan xüsusi günləri bir araya cəmləmişəm və yükləmək istəyən şəxslər yerləşdirdiyim pdf faylını nəzərdən keçirə bilər: Special days for social media
Ümid edirəm ki, oxuduğunuz məlumatlar sizin üçün faydalı oldu :)
0 Comments