Bu postda sizə "İctimai Televiziya və Radio Yayımları Şirkətin"-in 2018-ci il 31 dekabr günü tamamilə yenilənmiş yeni simasını və təzə loqosunu təqdim edərək rebrendinq dəyişikliyinə getməsini nümayiş etdirəcəm.Rebrendinq dəyişikliyindən sonra İctimai TV televiziya sektorunda canlanma yaratdı və izləyici kütləsi əvvəlki dövrlə müqayisədə artmağa başladı.
Rebrendinqin uğurlu olma səbəbləri isə bunlar idi:
- Sadə, yaddaqalan və vizual olaraq xoş təsir bağışlaması;
- Televiziya sektorunda canlanma yaratması;
- Edilən dəyişikliyin müasir tələblərə uyğun olması;
- Rəqib şirkətlərin və izləyici auditoriyasının düzgün analiz edilməsi.
Bəs şirkətlər nə zaman rebrendinqə ehtiyac duyur❓
- Brend artıq köhnəldiyini və dəbdən düşdüyünü hiss edəndə;
- Rəqib şirkətlərlə müqayisədə daha az konversiya müşahidə edəndə;
- Şirkət yeni bir ada, logoya və marketinq strategiyasına ehtiyac duyduqda.
Bu dəyişiklik barədə öncədən xəbər portallarına məlumat verilmişdi və şirkətin yeni ilin gəlişi münasibətilə yeni formatda çıxışı izləyicilərdə kifayət qədər maraq oyatmışdı.
0 Comments