Lays və Vodka ?


Lays brendi 4 gün öncə hər kəsin diqqətini üzərinə cəlb edərək gözlənilməz şəkildə yeni bir məhsul nümayiş etdirdi. 
Kartof çipslərindən hazırlanmış xüsusi ətirli araq ? Bəli, düz eşitdiniz. Qısa bir zaman ərzində mövcud olacağı bildirilən bu məhsul ənənəvi istehsaldan çox fərqlənir və hazırlanma prosesi zamanı Vodka adlı məhsul kartoflardan distillə edilərək hazırlanır. 

Yaxın günlərdə Oreo brendinin gözlənilməz şəkildə şərab istehsal etməsindən sonra, Lays tərəfindən atılan bu addım maraqları öz üzərinə çəkdi. Vodka adlı məhsulların yeni ilə özəl olaraq təqdim olunması isə marketinq kampaniyasını daha da xüsusi edən səbəblərdən biridir.

İstehsal prosesi ilə bağlı şirkət heç bir açıqlama verməsə də, Russets, Yukon Golds və Reds adlı kartoflardan istifadə edildiyi məlum olub. Məhdud sayda istehsal olunduğu bildirilən bu məhsullar ''Eastside Distilling''-ə məxsus olan saytda 40 $-lara satışa çıxarılıb. İçkini əldə etmək üçün minimum 21 yaş olması qeyd olunub və Vodka məhsulu ilə bağlı olan bütün paylaşımlarda ''Please drink responsibly'' sloqanından istifadə olunur. 

Bundan daha öncə diş məcunu və diş fırçası sektorunda bir dünya brendi olan Colgate şirkətinin dondurulmuş hazır yeməklər təqdim etməsi, Oreo şirkətinin şərab istehsal etməsi və indi isə Lays-in Vodka məhsulunu təqdim etməsi marketinq sferasını təəccübləndirən reklam kampaniyalarından hesab olunur. 

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) açıqladığı statistikaya əsasən, hər il dünya üzərində 3 milyona yaxın insan spirtli içkilər səbəbi ilə həyatını itirir və spirtli içkilərdən uzaq durmaq şiddətli şəkildə tövsiyə olunmaqla bərabər, sizin sağlamlığınıza da müsbət təsir edərək həyatınızı daha uzunömürlü edir.

Post a Comment

0 Comments