Bu yazımda hər zaman fərqli və effektiv reklam kampaniyaları ilə diqqətləri cəlb edən ''Taco Bell'' brendinin istifadə etdiyi marketinq strategiyasından bəhs edəcəm.
Dünya üzərində say olaraq 7072 restoran şəbəkəsinə sahib olan brend 2019-cu ildə viral olaraq yayıla biləcək effektiv bir marketinq kampaniyası ərsəyə gətirdi.
Belə ki, şirkət ''Best Fan Army'' başlığı altında musiqi həvəskarlarının diqqətini cəlb edəcək maraqlı, bir o qədər də çəkişməli bir axım başlatdı.
Dünya üzərində ən çox azərkeş ordularından biri olan məşhur Koreya qrupu ''BTS'' fanları bu yarışda çox fəal iştirak etdilər və birinciliyi qazandılar.
Haştaq olaraq #btsarmy və buna oxşar digər qrup adlarının yazısı isə bu reklam kampaniyasını rəqabət səviyyəsinə gətirən və yayılmasını təmin edən əsas ünsürlərdən biri idi.
İlk baxışdan Fast Food restoranı və BTS qrupu mövzuları biraz əlaqəsiz görünsə də, məqsəd isə təbii ki aktivliyi artırmaq, fərqli hədəf kütlələrini brend tanıtımına cəlb etmək və yeni müştəri bazası əldə etmək idi.
Əlavə olaraq məlumat üçün qeyd edim ki, BTS qrupu Koreya iqtisadiyyatına təxminən 3.6 milyarda yaxın vəsait qazandırıb və 2021-ci ilin iyul ayında təqdim etdikləri albomun 2 milyondan çox nüsxəsi satılıb.
0 Comments