Hər sənətin özünəxas həssas nöqtələri olduğu kimi söz yazarlığı ilə məşğul olan şəxslərin də yaralı yeri düzgün yazılış formasıdır.
Nümunə:
- Doğurdan, yoxsa doğrudan?
- Yalnış, yoxsa yanlış?
- Məhşur, yoxsa məşhur?
- Şillə, yoxsa sillə?
- Kirpik, yoxsa kiprik?
Əgər siz də bu kimi sözlərin düzgün yazılış formalarını qarışdırırsınızsa, bu məqalə tam sizin üçündür.
Orfoqrafik cəhətdən düzgün yazılış zamanı ən çox səhv etdiyiniz sözləri isə şərh bölməsində qeyd edə bilərsiniz.
Sözlərin siyahısı:
kirpik kiprik yox
karyera kariyera yox
bikarçılıq bekarçılıq yox
lisey litsey yox
yanlış yalnış yox
heyifsilənmək heyfislənmək yox
fənlər fənnlər yox
sünbül sümbül yox
ağrımaq ağramaq yox
tövsiyə tövsiyyə yox
məşhur məhşur yox
çəkic çəkiç yox
anbar ambar yox
kilovat kilovatt yox
müdir müdür yox
çatışmazlıq çatışmamazlıq yox
yanlış yalnış yox
ümid ümüd yox
pambıq panbıq yox
meyil meyl yox
bu gün bugün yox
ab-hava abu-hava yox
asfalt asvalt yox
attestat atestat yox
ələlxüsus ələxsus yox
əmin-amanlıq əmn-amanlıq yox
emblem enblem yox
faciə faciyə yox
genişmiqyaslı geniş miqyaslı yox
hazırkı hazırki yox
həftəsonu həftə sonu yox
həmin həmən yox
hökumət hökümət yox
kirpik kiprik yox
kondisioner kondisoner yox
qayınana qaynana yox
layihə lahiyə yox
meyil meyl yox
monoton manaton yox
nəbz nəbiz yox
özünümüdafiə özünü müdafiə yox
təəccüb təəcüb yox
tərbiyə tərbiyyə yox
əsəbiləşmək əsəbləşmək yox
Ümid edirəm ki, yazdığım məqalə sizin üçün faydalı oldu :)
0 Comments