Burada peşəkar müəllimlər sayəsində müasir tədris metodlarının tətbiqi ilə tanış olmuşam və nəzəri olaraq iqtisadi biliklər əldə etmişəm. Bakalavr təhsilim müddətində ən çox maraq göstərdiyim və karyeramı davam etdirmək istədiyim sahə Marketinq olub.
İş həyatıma Kapital Bank şirkətində təcrübəçi olaraq başlamışam. Burada keçirdiyim 3 ay ərzində bazar araşdırması, satış texnikaları və digər iqtisadi biliklərə dair bir sıra praktiki biliklər əldə etmişəm.
Ardıcıl 3 il''Formula 1'' tədbirlərində iştirak etmişəm və 2019-cu ildə Bakıda keçirilən EYOF (European Youth Olympic Festival) idman turnirində komanda meneceri olaraq fəaliyyət göstərmişəm.
Daha sonra ''Marcom Marketinq və Kommunikasiya şirkətində'' Kopirayter olaraq 3 ay fəaliyyət göstərmişəm. Burada keçirdiyim müddət ərzində satış xarakterli postların ərsəyə gətirilməsi, post-planlama strategiyasının hazırlanması və yerli şirkətlər üçün sosial media postlarının hazırlanmasında ilkin təcrübələr əldə etmişəm.
Daha sonra ölkəmizin istehsal sektorunda brend imici qazanan ''IDEA'' şirkətində ''Content Manager'' vəzifəsində fəaliyyət göstərirəm. Burada xarici və yerli peşəkar mütəxəssislər ilə birlikdə çalışaraq şirkətin marketinq fəaliyyətində önəmli rola sahib olmuşam. Dünyaca məşhur şirkətlərlə danışıqlar apararaq potensial müştərilərlə əlaqələr qurmuşam və Linkedin Sales Navigator aləti vasitəsilə xüsusi hədəf kütlə formalaşdırmışam. E-mail marketinq və Tik-Tok marketinq strategiyasının hazırlanması da buraya daxildir. Youtube kanalının izlənmə və izləyici sayını artırmaq üçün xüsusi alətlərdən istifadə edərək uğurlu nəticələr əldə etmişəm. Arxitektura ilə bağlı yazdığım bir neçə məqalə dünyaca məşhur bloq saytları tərəfindən bəyənilərək yoxlanma prosesindən uğurla keçib və paylaşılıb.
Daha sonra Türkiyənin tibb sektoru üzrə aparıcı şirkətlərindən biri olan ''Liv Hospital''ın Azərbaycan təmsilçisi ''Liv Bona Dea Hospital''da Kontent Menecer olaraq fəaliyyət göstərmişəm. Burada, marketinqlə bağlı olan bütün fəaliyyətlərdə aktiv olaraq iştirak etmişəm və önəmli təcrübələr əldə etmişəm. Bu fəaliyyətlərə daxildir: sosial media marketinq, veb-sayt, bülleten, broşur, çöl reklamları və s. İxtisas biliklərimi təkmilləşdirmək üçün SEO, Google Analytics, Google Search Console, Screaming Frog, Google ADS, Linkedin ADS, effektiv Tik-Tok strategiyalarının hazırlanması, Instagram və Facebook üzərindən reklamların verilməsi və Pinterest şəbəkəsindən veb-sayta trafik cəlb etmək üzərində bacarıqlarımı inkişaf etdirmişəm.
Sonuncu iş yerim olaraq "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti təşkilatında Daxili Kommunikasiya üzrə Mütəxəssis kimi fəaliyyət göstərmişəm. Burada təşkilat daxilində Intranet sisteminin qurulması, inkişaf etdirilməsi, Viva Engage platformasının əməkdaşlar arasında aktiv olaraq istifadə edilməsi, təmsil olunması və digər fəaliyyətlərlə məşğul olmuşam. Paralel olaraq isə sosial media kanalları üçün kontent ideyaların hazırlanmasında aktiv olaraq iştirak etmişəm.
Hal-hazırda isə Azərbaycan Beynəlxalq Bankında Daxili Kommunikasiya üzrə aparıcı mütəxəssis kimi fəaliyyət göstərirəm. Qeyd edim ki, burada möhtəşəm bir komanda ilə böyük işlərə imza atırıq. Qeyd edim ki, Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə keçirilən "World HR Summit 2024" tədbirində ABB ''İlin ən yaxşı insan resursları komandası'' nominasiyasında qalib seçildi. Keçən ilin göstəricilərinə görə isə ABB ilin ən yaxşı Daxili Kommunikasiya komandası olaraq seçilmişdir.
Əlavə olaraq şirkətin rəqəmsal marketinq fəaliyyətinin idarə olunması, bazar araşdırmasına uyğun məhsullar ilə bağlı olaraq yeni, fərqli ideyaların verilməsi, effektiv marketinq strategiyalarının tətbiq olunması, kommunikasiya kanalları ilə qarşılıqlı əlaqələr, illik marketinq planlarının hazırlanması əsas araşdırma sahələrimdir.
Tədris olunur:
- General English;
- Business English;
- Technical English;
- IELTS / pre-IELTS;
- English for Kids;
- Conversation Club.
Əsas məqsədim marketinqlə bağlı olan bütün fəaliyyətdə aktiv olaraq iştirak edib sahəni dərinliklərinə qədər öyrənib tətbiq etməkdir.
Haqqımda hələki bu qədər, sonrası üçün isə sözümün canı var :)
1 Comments
👍
ReplyDelete