''Chinar'', ''Paris Bistro'' və ''Masti Baku'' restoranları üçün hazırladığım yeni post ideyalar...


 ''Saffron'' Restoranlar Qrupuna daxil olan 3 restoran haqqında hazırladığım post versiyaları sizinlə bölüşürəm.

Seçdiyim restoranlar isə bunlardır: 

1. Chinar 

2. Paris Bistro

3. Masti Baku

Öncəliklə qeyd edim ki, post versiyaları max 1 və ya 2 cümlədən ibarət olmalı idi. 

                                                              Chinar

Versiya 1



Postda yazılan mətn

Bazar ertəsinin axşamı CHINAR ilə birgə hər zaman daha yaxşı ola bilər. ❤️

Versiyalarım: 

• Bazar ertəsi axşamını necə özəl etmək olar? Ona sürpriz etməklə 😊 (1) 

• Qoca Çinar bilir sənin sirrini… 

 - Chinar-da sirr paylaşmısansa bizə etibar edə bilərsən 😉(2)

 • Həftəyə pozitiv başlamaq istəyirsinizsə, Chinar sizin yolunuzu gözləyir ❤️ (3)


Versiya 2



Postda yazılan mətn: 

Hər zaman bərabər, sevgi və xoşbəxtlik dolu günlərlə neçə gözəl bayramlara çıxmaq diləyi ilə Qurban Bayramınız mübarək! 

Versiyalarım: 

• Paylaşmaq gözəldir  😊 (1) 

Vizual ideya: Qurban əti bağlamalar formasında, bağlamanın üzərində just share yazısını nümayiş etdirmək.(Ehtiyacı olan insanlar üçün yardım kampaniyasını mövzusunu canlandırmaq) 

• Bayramda sevdiklərinizə yazın! - Qurban bayramı küsülü qalanların barışdığı, sevənlərin bir araya gəldiyi ən dəyərli gündür 🙂 (2) 

Vizual ideya: Whatsapp üzərindən nümayiş olunan Qurban bayramı təbriki vasitəsi ilə barışıq mesajının göndərilməsi (Emosional marketinq strategiyasından istifadə etməklə oxucuların emosinal davranışlarına təsir etmək.) 

• Qurban bayramına rəng qatan birliyimizdir, bu birliyi dəyərli edən isə qarşılıqlı sevgimizdir :) (3) 

Vizual ideya: Ailə Chinar restoranında süfrə başında oturaraq şam yeməyi yeyir. (Ruzi, bərəkət və bolluq ilə bağlı mesajın verilməsi)



Versiya 3


Postda yazılan mətn: 

Axşam yaxşı başlayanda 😉 

Versiyalarım: 

• Bəlkə gecəyə biraz rəng qatasan? 😉 (1) 

• O zaman parti başlasın 😉 (2) 

 • Bapbalaca boyu var, dam dolusu toyu var  🙃 (3, içkinin keyfiyyətini nümayiş etdirmək üçün)


                               Paris Bistro

Versiya 1


Postda yazılan mətn: 

Unudulmaz Paris ab-havası və əlinizdə ləzzətli şampan şərabı... 🥂 

Versiyalarım: 

• Bir anlıq Paris lüksünü hiss etməyə nə deyirsiniz? 🇫🇷 (1)
 
• Parisin möhtəşəm dəbdəbəsi və bu anı özəlləşdirən şampan şərabı...🥂 (2) 

• Eyfel qülləsinin ən üst mərtəbəsində Paris şəhərini virtual olaraq seyr etmək istəyirsinizsə, yolunuz gözləyirik :) (3)



Versiya 2




Postda yazılan mətn: 

Paris Bistro-da rahat atmosferdə doyurucu branç sizi gözləyir. 🥐 İnanılmaz kombo-menyu yeməklərin çeşidliliyi və ləzzəti ilə sizi təəccübləndirəcək və Paris səhərinə aparacaq! 

Versiyalarım: 

• Paris Bistro-nun sehrli brançları sizin yolunuzu gözləyir… 

- Niyə sehrli? Çünki yeməklərimiz xüsusi sevgi ilə hazırlanır 😊 (1) 

• Günə enerjili və pozitiv başlamaq üçün Paris Bistro-nun heyrətamiz brançlarından daha gözəl seçim ola bilməz 😊(2) 

• Əgər gününüz şablon və standard keçirsə, bu təklif sizin üçündür! 

- Bütün problemləri bir kənara qoyub Paris ab-havasında bir qəlyanaltı ilə günə rəng qatın 🙂 (3)


Versiya 3


Postda yazılan mətn: 

İnteryerimizin hər bir detalındakı gözəllik və eleqantlıq hər kəsi Paris rüzgarı ilə tanış edəcək.

Versiyalarım: 

• Paris ilə Bakı arasında məsafə çox olsa da, möhtəşəm dəbdəbə və eleqant Fransa mədəniyyətini Paris Bistro-da rahatlıqla tapa bilərsiniz (1) 

• Həzin fransız musiqisi, lüks dizayn üslubu və Fransa mədəniyyətinin zərif incəlikləri yalnız Paris Bistro-da 🇫🇷 (2) 

• Paris Bistro-da bütün yollar mədəyə aparır :) (3)


                                            Masti Baku

Versiya 1



Postda yazılan mətn: 

Şərabının nəcib dadından zövq alın! 🍷 

Versiyalarım: 

• Masti Baku-da yada düşər xatirələr  🎶 (1)

 • Masti Baku-ya gəlib, sakit bir ortamda şərabımızdan dadaraq xəyallara dalmaqdan gözəl nə ola bilər? :)  (2) 

• Şərablarımızdan dadıb məsti xumar olmaq istəyənlər Masti Baku-ya təşrif buyura bilərlər :) (3, məşhur ifadədən ilhamlanaraq)



Versiya 2



Postda yazılan mətn: 

Ürəyinizdən buzlu, sərin pivə keçirsə, o zaman MASTI BAKU- ya gəlin! 🍻 

Versiyalarım: 

• Həftə sonu Masti Baku-da sərin pivə, dadlı yemək və möhtəşəm atmosferdən zövq alaraq özünüzə kiçik bir hədiyyə edin. 🍻 😊 (1) 

• Gündəlik olaraq həyatın sıxıcı və standard proqramından bir anlıq uzaqlaşmaq istəyirsinizsə, Masti Baku-nun buz kimi pivələri sizin yolunuzu gözləyir😊 (2)

 • Masti Baku pivələri ürəyinizə buz kimi yayılacaq! İsti havalardan yaxa qurtarmaq üçün bundan daha gözəl seçim ola bilməz. (3)

 • Bu gün üçün planlarınız nədir? Dostlarla yığışıb Masti Baku-ya gələrək buz kimi pivədən zövq almaq necə fikirdir? (4)


Versiya 3: 


Postda yazılan mətn:

 Mübahisəsiz, Hind mətbəxinin ən ləziz və məşhur yeməyi Biryanidir!Əgər siz hələ də ətirli Biryanimizi dadmamısınızsa, o zaman bugün əsl dadmağın vaxtıdır! Çünki artıq 2 biryani sifariş etdikdə, 3-cü hədiyyə olacaqdır! 😋 

Versiyalarım: 

• Hindlilər hesab edir ki, qida Allah tərəfindən verilən müqəddəs bir nemətdir və bu səbəbdən yeməyin hazırlanmasına ehtiramla yanaşırlar. - Masti Baku isə bu ənənəyə sadiq qalaraq ləziz hind mətbəxinə aid olan Biryani menyusunu qapınıza qədər etibarlı şəkildə çatdırır. Həm də 2 Biryani sifariş edənə 3-cüsü hədiyyə olunacaq.😊 (1) 

• Hind aşpazları əsl ədviyyat mütəxəssisləri kimi bütün dünyada məşhurdur. Bu ənənəni davam etdirərərək sizə hind mətbəxinin şahı olan ətirli Biryanı yeməyini təklif edirik. - Əlavə olaraq, Masti Baku-dan 2 Biryanı sifariş edənə 3- cü Biryanı hədiyyə olunacaq. 😊 (2)

 • Masti Baku olaraq sizə Hindistan mətbəxinin ən məşhur və ekzotik ətirli yeməyi olan Biryani-ni təklif edirik. - Hindistan mədəniyyətinin bütün çalarlarını özündə əks etdirən yeməyi bir kliklə qapınıza gətirə bilərsiniz! Həm də 2 alana + 1 hədiyyə kampaniyası ilə! 😊 (3)


Əlavə olaraq, “Saffron” Restoranlar Qrupu haqqında araşdırma apararkən ilkk olaraq saffron.az saytında Harbour restoranının təqdim etdiyi burger kampnaiyası diqqətimi cəlb etdi:



Postda yazılan mətn:

 The flavor of the delicious and light Harbour burgers spreads throughout the city. Now, when ordering two large burgers, you will receive a third one for free! 

Versiyalarım: 

• Delicious and healthy at the same time? It's possible now! ;) Order two large and absolutely delicious Harbour burgers, get one for free! (1) 

• Happiness is a warm burger! Order two large and absolutely delicious Harbour burgers, get one for free! 


Əlavə olaraq ''TOSCA café & Enoteca''-da İtalya mətbəxinin əvəzolunmaz yeməyi olan pizza haqqında vizual ideyam: 

- Dünya xəritəsində İtaliyanın təsviri çəkmə vizualını xatırlatdığına görə pizzanı bu formada dizayn etmək maraqlı olar deyə düşünürəm.





''Saffron'' Restoranlar Qrupu üçün marketinq nöqteyi-nəzərdən analiz etdiyim strategiyalar:

 - Saffron haqqında məlumatları yazarkən müştərilərimiz yerinə qonaqlarımız, işçilərimiz sözü yerinə isə personalımız ifadəsini işlətmək daha təbii səslənir, həmçinin üstün dəyər standartlarınızı nümayiş etdirir; 

- Saffrona-a aid olan postlar davamlı olaraq kreativ və funny üslubda olmamalıdır, çünki hədəf auditoriyasına uyğun deyil; 

- Hər restorana xas olaraq xüsusi “tone of voice” var, bu çərçivədən çıxmaq şirkətin brend imicinə zərbə vura bilər; 

- Satış tempini artırmaq üçün müştərilərlə interaktiv əlaqədə olmalı, müəyyən sorğularla problemin nə olduğunu araşdırmalı və həll yolu tapılmalıdır. Bu amillər isə personaldan, yeməklərin keyfiyyətindən və digər təsiredici amillərdən asılı ola bilər. 

Post a Comment

2 Comments

  1. Pizza çəkmə diqqət cəlb edən ideyadır). Kontentlər də maraqlıdır,zəhmətinizə sağlıq.

    ReplyDelete
    Replies
    1. Diqqətiniz və dəyərləndirməniz üçün təşəkkür edirəm sizə.

      Delete