Kontent Marketing Strategiyası


 Kontent Marketinqdə K.I.S.S prinsipi nədir❓

Bu abbreviatura ilk dəfə 1960-cı illərdə proqram təminatı sahəsində istifadə edilib və açıqlaması belədir:

- Keep It Short and Simple;
- Keep It Small and Simple;
- Keep It Simple and Straightforward;
- Keep it Simple, Silly.

Bu prinsipin əsas məğzi ağıl nümayiş etdirməyin ən yaxşı yolunun sadəlikdən keçməsini isbat etməkdir.

Məntiqi açıqlaması:

- Həll yolu o qədər sadə olmalıdır ki, mövzuyla əlaqəsi olmayan şəxslər belə ilk baxışdan söhbətin nə ilə bağlı olduğunu öyrənə bilsinlər.

Bu prinsip kontent marketinq fəaliyyətində də keçərlidir, belə ki, həm paylaşım mətnlərinin hazırlanmasında, həm də məqalə yazılarında məzmunu hazırlayarkən sadə və qısa kontur təyin etmək mütləqdir, çünki oxuyucunu cəlb etmək üçün saniyələr həlledici rol oynayır.

Post a Comment

0 Comments