Fanta Ay tutulmasını necə fürsətə çevirdi? 🌕
Bildiyiniz kimi, noyabrın 8-ində Ay tutulması baş verdi və bu anı nəinki insanlar, həmçinin brendlər də səbrsizliklə gözləyirdilər.
Ayın adi rəngindən fərqli olaraq narıncı rəngdə görünməsi isə Fanta markasının diqqətləri öz üzərinə çəkməsi üçün ideal fürsət oldu. 🍊Wunderman Thompson adlı şəxsin ərsəyə gətirdiyi marketinq kampaniyasının əsas məğzi: Ayın narıncı rəngdə görünən fotosunu çəkib sosial mediada #fantamoon haştaqı ilə paylaşan şəxslərə ödənişsiz Fanta hədiyyə etmək idi.
Paylaşımları edən şəxslər isə hədiyyələrini McDonalds filiallarından əldə etdilər.
Nəticə necə oldu? ✔️
- Sosial mediada milyonlarla insan Fanta ilə bağlı paylaşım etdi;
- Marketinq kampaniyası viral olaraq yayıldı;
- Dünyada nadir olaraq baş verən hadisələrdən birində Fantanın da adı hallandı;
- Fanta rəng uyumunu brend adı ilə bağlayaraq yaddaşlarda möhkəmləndi;
- Hər zaman xatırlanacaq bir marketinq kampaniyası ərsəyə gətirdilər.
Şübhəsiz ki, qazananlar arasında Mcdonalds da oldu :)
#marketingcampaign #fanta
0 Comments