Div Academy-nin dəvəti ilə Sahil Hotel Bakuda Sabir Camal 🔎 ilə birlikdə Marketinq mövzusunda spiker kimi çıxış etdim.
Çıxış etdiyim əsas mövzular:
⁃ Kontent Marketinq və Kopiraytinq ixtisasının rəqəmsal marketinqdə mahiyyəti;
⁃ Düzgün Linkedin strategiyası necə qurulmalıdır? və platformanının əsas özəllikləri hansılardır?;
- Marketinq sahəsinə yeni başlamaq istəyən gənclər üçün şəxsi brendinq amilinin mahiyyəti.
3 il bundan öncə karyerama yeni başladığım zaman Sabir Camal 🔎-ın rəhbərliyi altında müsahibə mərhələsində iştirak etmişdim, lakin təcrübəmin az olması səbəbi ilə proqrama qəbul ola bilməmişdim, indi isə onunla yanbayan spiker kimi çıxış etmək mənim üçün çox xoş bir təəssürat oldu.
Tədbirdə iştirak edən hər bir şəxsə təşəkkür edirəm, ümid edirəm ki, çıxışım faydalı oldu.
#marketing #contentmarketing #copywriting
0 Comments