Louis Vuitton-dan Şah və Mat!

 


Moda sektorunda ən məşhur brendlərdən biri olan Louis Vuitton 2022-ci il Dünya Çempionatına özəl olaraq tarixlərə yazılacaq paylaşım etdi.

Paylaşımının futbol üzrə dünya çempionatının başlamasına 1 gün qalmış edilməsi təsadüfi deyildi, bəs səbəb nə idi?

1. Bütün dünyanın diqqətinin futbola yönəldiyi bir anda Louis Vuitton futbol tarixinin ən böyük 2 əfsanəsi Cristiano Ronaldo və Lionel Messini ilk dəfə bir araya gətirdi.

2. Hər 2 futbolçu öz şəxsi instaqram hesabında gördüyünüz fotonu paylaşaraq Luis Vuittonu işarələdi və dəqiqələr içində bütün dünyaya yayıldı.

3. Son zamanlar Cristiano Ronaldonun verdiyi açıqlamlar, haqqında yayılan şayiələr, klubu tərk etmək istəməsi, milli komanda düşərgəsindəki problemlər ən aktual mövzular idi və bu paylaşım sayəsində fikir cəbhələri dəyişdi.

Şahmat fiqurlarının fotodakı vəziyyəti isə təsadüfi deyildi, belə ki, 2017-ci il ''Norway Chess 2017'' turnirində dünyaca məşhur 2 şahmatçı Carlsen və Nakamura arasında keçirilən və nəticəsi heç-heçə bitən oyundan idi.

Nəticə olaraq:

- Louis Vuitton bu günə qədər N sayda layihələrə imza atsa da, adıçəkilən layihə bütün dünyada müzakirə mövzusu olmaqla yanaşı bir anda viral olaraq yayıldı, məsələn, mən Louis Vuitton adı gələndə hər zaman bu fotonu xatırlayacam, paralel olaraq isə Ronaldo və Messi haqqında bəhs olunanda ağlımın bir nöqtəsində brend adı da canlanacaq.

Son olaraq qeyd edim ki, ''Victory Is a State of Mind'' başlıqlı paylaşım 2 gün ərzində Ronaldo tərəfindən 35 milyon, Messi tərəfindən isə 28 milyon bəyənmə alıb.


Post a Comment

0 Comments