Youtubeda ilk dəfə 10 milyard görüntülənmə !


Yaxın zamanlara qədər Youtube platformasında ən çox baxışa sahib olan ''Despacito'' adlı musiqi öz yerini uşaqlar üçün nəzərdə tutulmuş ''Baby Shark – Kids' Songs & Stories'' kanalının təqdim etdiyi ''Baby Shark Dance'' adlı musiqiyə təhvil verib. 

2016-cı ildə yayımlanan bu paylaşım cəmi 1 ay ərzində 2 milyarda yaxın görüntülənmə əldə etmişdi və son günlərdə bütün rekordları alt-üst edərək 10 milyard baxış əldə etdi. 

Bu mövzu ilə əlaqəli olaraq şirkətin CEO-su Min-seok Kim ''Baby Shark''-ın bütün dünyadakı uşaqları birləşdirən bir əsər olduğu ifadələrini səsləndirib. 

Youtube kanalının bu uğurunun əsas səbəbi isə uşaqların rahatlıqla dinləyə biləcəyi, istifadə edəcəyi və asanlıqla yaddaşlarında saxlayacağı ifadələrin işlədilməsi, həmçinin  ustalıqla hazırlanmış animasiya effektlərindən istifadə olunmasıdır. 

''Baby Shark Dance'' uşaqlar üçün nəzərdə tutulmuş ən ideal musiqi hesab olunmasa da, şübhəsiz ki, auditoriya baxımından hədəflənmiş ən dəqiq paylaşımdır. 







Post a Comment

0 Comments