NETFLIX | THE WITCHER


Bu yaxınlarda Netflix şəbəkəsinin ən məşhur seriallarından biri olan ''The Witcher''-in yeni sezon bölümləri yayımlandı və şirkət ənənəyə sadiq qalaraq çox maraqlı, bir o qədər də qorxu hissi bəxş edən rəqəmsal reklam lövhələrindən istifadə etdi. 

Serialda "Myriapods" adlı canavar xarakterinin rəqəmsal lövhələrdə əks etdirilən hərəkəti, həmçinin binalar arasında dolaşan nəhəng canavarın bir ekrandan digər ekrana keçid edərək dolaşması bir növ görənlərə şəhərin işğal edilməsi aurasını bəxş edir. 


Nyu-Yorkun mərkəzi meydadında quraşdırılan bu reklam lövhələri paralel olaraq İtaliya, Almaniya, Danimarka və Hollandiya kimi ölkələrdə də hazırlanıb.


Videoda gördüyünüz mövzu ilə bağlı olaraq hazırlanan reklam görüntüləri isə Taylandın mərkəzi hesab olunan Banqkok şəhərində yüksək keyfiyyətli vizual canlandırma ilə nümayiş etdirilib.









Post a Comment

0 Comments