Kreativ Reklam Kampaniyası


"Fake Hurts Real"

Aid olduğu sektorda bir dünya brendi hesab olunan ''Adidas'' şirkəti 2018-ci ildə maraqlı bir reklam kampaniyası təqdim etdi.

"Fake Hurts Real" başlıqlı reklam kampaniyasının əsas mesajı isə saxta və keyfiyyətsiz materialdan hazırlanmış məhsulları istifadə etdikdən sonra ayaqda yaranan əzilmələr və yaraları ön plana çıxarmaq idi.

Ayaqlara bağlanan yara sarğılarını Adidas loqusu ilə ifadə etmək isə reklam kampaniyasını viral olaraq yayan və görən şəxslərin yaddaşında saxlayan əsas faktor idi.

Reklam kampaniyasının əsas üstünlükləri:

- Vizual hekayə yaratması;
- Müştərilərin daha öncə yaşadıqlari bir situasiya olması;
- Brend keyfiyyətinin ön plana çıxarılması.

Əgər istisna halları nəzərə almasaq, fikrimcə, hər bir şəxs brend adına sahib olan keyfiyyətli məhsullardan istifadə etmək istəyər, lakin burada maddi cəhətdən müəyyən faktorlar var ki, bu prosesə birbaşa olaraq təsir edir.

Bu reklam kampaniyasına qarşı olaraq isə bəzi müştərilər Adidas məhsullarının qiymətinin baha olması səbəbi ''Real hurts for the price'' ifadəsini səsləndirdilər.






Post a Comment

0 Comments