Zəfər bayramın mübarək, Ey Şanlı Azərbaycan 🇦🇿Ölkəmizin mədəniyyət paytaxtı hesab olunan azad ŞUŞA şəhərində IDEA şirkəti olaraq ''ŞUŞA Yazısı'' layihəsini həyata keçirdiyimiz üçün fəxr hissi keçirdirik.
Müqəddəs Qarabağ torpağının simvolu olan və tarixi ŞUŞA qalası üzərində yerləşdirilən yazınının yeni versiyasını Azərbaycan dilində hazırlamaq şirkətimiz üçün həm məsuliyyətli, həm də qürurverici bir andır.
Yuneskonun tarixi ərazisinə daxil olan Şuşa qülləsinin üstündə yerləşdirilən simvolik yazının hazırlanması zamanı ən yüksək keyfiyyətli materialdan istifadə olunub və xüsusi incəliklə hazırlanaraq sərt hava şəraitində korroziya prosesinə qarşı tam davamlıdır.
Öz növbəmdə isə Vətənimizi düşmən işğalından azad edən və bizlər uğrunda öz canlarını fəda edən bütün qəhrəman şəhidlərimizi böyük hörmət və ehtiramla yad edirəm.
Müstəqilliyimiz Əbədi Olsun !
#qarabağazərbaycandır
0 Comments