''Personalized Marketing'' nədir❓

 


Bu yazımda son zamanlar dünya brendlərinin ən çox istifadə etdiyi və gələcək illərdə marketinq sahəsində ən kritik hesab oluna biləcək ''Personalized Marketing'' strategiyası haqqında məlumat verəcəm və Coca-Cola brendi üzərindən nümunə gətirəcəm. 

Qısa olaraq izah etsək, burada əsas məqsəd mövcud və potensial müştərilərin hər biri ilə ayrıca ünsiyyət qurmaq, hər bir müştəriyə xüsusi olaraq yanaşmaq, onları məhsulunun alışına sövq etmək və brendin loyallığını artırmaqdır. 

Coca-cola brendi bu strategiyadan necə istifadə etdi ❓

Əgər xatırlayırsınızsa, bir neçə il öncə Coca-cola məhsullarının üzərində hər bir şəxsə özəl adlar yazılmışdı və bu kampaniyadan sonra satış tempi kəskin sürətdə artmağa başladı. 

Bu dəfəki kampaniyanı isə bir öncəkinin bir üst versiyası kimi düşünə bilərik. 

Belə ki, onlar ''Share a Coke'' kampaniyası çərçivəsində məhsul üzərində 1000-dən çox şəxs adları yazdılar və hər ada özəl olaraq xüsusi musiqilər təqdim etdilər. 

Hər ada özəl olaraq hazırlanan musiqini dinləmək istəyən şəxslər kampaniya üçün xüsusi olaraq hazırlanan sayta daxil olub öz adlarını axtarışa verməkləri kifayət edirdi. 

Əgər insanlar tərəfindən axtarışa verilən ada uyğun olaraq nəticə çıxmasa, ''Sorry'' başlığı altında xüsusi bir musiqi onları qarşılayırdı. 

Təqdim olunan musiqilər şablon deyil də, 9 fərqli musiqiçi tərəfindən 25 fərqli növdə hazırlanmışdır.

Nəticə olaraq axtarışa uyğun nəticə tapmayan şəxsin ''Sorry'' musiqisi ilə qarşılaşması (adı olmasa belə maraq yaratmaq), musiqilərin şablon olmaması (özəl mesajın yalnız sözdə yox, musiqidə də əksini tapması) və reklam kampaniyasının digər özəllikləri hər zaman işlənən müştəri məmnuniyyəti ifadəsinin bariz nümunəsidir. 

Post a Comment

0 Comments