Samsung-dan Möhtəşəm Marketinq Nümunəsi...

 



Xidmət etdiyi sektorda dünya brendlərindən biri olan ''Samsung'' şirkəti maraqlı marketinq nümunəsi ərsəyə gətirib. 

Belə ki, şirkətin smart televizor kateqoriyasına daxil olan  ''Frame'', ''Serif'' və  ''Sero'' adlı məhsulların qutularından pişiklər üçün ev sığınacağı yaratmaq olur. 

Təbii ki, şirkətin bu addımı atmasında əsas məqsədi müştərilərə emosional marketinq strategiyasından istifadə edərək xoş təsir bağışlamaqdır. 

Son illərdə elektron məhsullarının qablaşdırılmasının ekoloji cəhətdən təmiz olması proritet mövzulardan biri hesab olunur və ''Samsung'' brendi bu amili nəzərə alaraq qutuları kartondan hazırlayaraq həm dizayn cəhətdən cəhətdən, həm də faydalılıq tərəfdən baxdıqda maraqlı bir iş ərsəyə gətirdi deyə düşünürəm. 

Televizor qutularının zibil qabına atılması əvəzinə evin bir küncündə həm aksesuar kimi istifadə olunması, həm də pişiklər üçün bir sığınacaq rolunu oynaması şübhəsiz ki, xoş emosiyalar bəxş edir. 

Fotolarda gördüyünüz karton qutulardan hazırlanan gözəl dizaynı yalnız pişiklər üçün sığınacaq deyil, həmçinin jurnal tutacağı və rəf kimi də istifadə etmək mümkündür. 











Post a Comment

0 Comments