Billboard reklamında üst səviyyə | Spotify-dan nümunə...


2021-ci il 25 fevral tarixindən etibarən Azərbaycanda da fəaliyyət göstərən dünyaca məşhur digital musiqi platforması hesab olunan ''Spotify'' brendi maraqlı billboard nümunələri ərsəyə gətirib. 

Son zamanlarda sosial media üzərindən yayılan ''funny memes'' üslubundan olan paylaşımlar ilə yəqin ki siz də rastlaşmısınız və dostlarınız ilə bölüşmüsünüz. 


Spotify da bu üsluba uyğun olaraq ''Me, also me'' formatından istifadə etdi, həmçinin əhval-ruhiyyəni nəzərə almaqla sözlər və musiqi adları arasında bir qarşılıq yaratdı. 


Daha qısa izah etsəm burada gözlənilənin əksinə uyğun olaraq nümayiş olunan maraqlı və əyləncəli format başa düşülür.


Nümunə olaraq:


Me: I want to be more of a morning person 

Also me: Arxa fonda ''All Night Dance Party'' adlı musiqi  


Reklam kampaniyasının əsas məqsədi isə Spotify platformasından istifadə edən şəxslərlə daha yaxından əlaq qurmaq, kreativlik amilindən istifadə edərək yeni müştəri bazası əldə etmək və viral olaraq reklam kampaniyasını bütün dünyaya yaymaqdır. 





Post a Comment

0 Comments