''Squid Game'' serialından öyrəniləcək 3 marketinq dərsi...


Son zamanlar bütün dünyada viral olaraq yayılan, mövzusu sağ qalmaq uğrunda mübarizəni ehtiva edən ''Squid Game'' adlı serial hər bir brendin istifadə edə biləcəyi uğurlu marketinq strategiyalarını özündə cəmləşdirir.

Bəs ''Squid Game'' serialından bəhrələnərək marketinq nöqteyi-nəzərdən öyrənəciyimiz 3 əsas marketinq strategiyası hansılardır❓


- Dilimizə ağızdan-ağıza yayılan marketinq strategiyası kimi tərcümə olunan (EWOM) amilinin ödənişli reklam kampaniyalarından daha effektiv nəticə verməsi;


- Son dönəmlərdə Tik-Tok şəbəkəsi sayəsində viral olaraq yayılan mövzuların bir anda bütün dünyada trend olması;


- Bazardakı boşluqdan istifadə edərək ən doğru zamanda trafiki və maraqı öz üzərinə cəlb etmək bacarığı.


Nəticə olaraq, aktiv sosial media istifadəçilərinin sayının zirvə həddinə çatdığını nəzərə alsaq, kiçik və orta ölçülü şirkətlər gerilla marketinq strategiyasından istifadə edərək ''bu fürsət bir də ələ düşməz'' deyib ən son trendlərə uyğun paylaşımlar edirlər.


Məsələ artıq o yerə çatıb ki, ''Netflix'' platformasından istifadə etməyən, hətta film izləməyi sevməyən şəxslər belə adıçəkilən serialın adını ən az 1 dəfə eşidib.








Post a Comment

0 Comments