Gündəlik nəqliyyatdan istifadə edən şəxslər yəqin ki fotoda göstərilən məlumatverici reklam posterləri ilə artıq tanış olublar. 8 sentyabr tarixindən etiibarən ''Bakı Nəqliyyat Agentliyi'' yeni bir aksiyaya start verib.
Aksiyanın əsas məqsədi tarixi Azərbaycan torpaqlarının adlarını düzgün formada təqdim etməkdir.
Bildiyiniz kimi, mənfur düşmənlərimiz əzəli Azərbaycan torpaqlarının adlarını dəyişərək milliləşdirməyə cəhd etmişdilər.
Fikrimcə, çox təqdirəlayiq bir aksiyadır və bu tip məlumatverici reklam posterlərinin davamlı olması bizim üçün çox önəmlidir.
Əlavə olaraq qeyd edim ki, bu posterlər müntəzəm marşrut xətləri üzrə avtobuslarda, eləcə də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki elektron məlumat tablolarında davamlı olaraq yayımlanır.
0 Comments