İşinizi ''Language Reactor'' ilə daha asan hala gətirin !


Bu postda sizə çox insan tərəfindən bilinməyən, amma möhtəşəm xüsusiyyətlərə malik olan ''Language Reactor'' adlı Google Chrome extensionu haqqında bəhs etmək istəyirəm. 

''Language Reactor'' nədir❓ 

Artıq Youtube və Netflix platformasında öyrənmək istədiyiniz hər hansısa bir dildə bilmədiyiniz söz qarşınıza çıxan zaman pausa edib tərcümə saytına daxil olmağa ehtiyac yoxdur❗

Öyrənmək istədiyiniz dildə xarici dil bacarıqlarınızı zövqlü bir şəkildə inkişaf etdirə bilərsiniz. 

''Language Reactor'' Chrome extension-nun özəllikləri nələrdir ❓

- Öyrənmək istədiyiniz dil və ana dilinizi seçərək 2-li altyazı göstərilməsi;

- Altyazı gedən zaman mausu öyrənmək istədiyiniz sözün üzərinə gətirərək tərcüməsini və fərqli cümlələrdə işlədilməsini görmək;

- Video və ya filmdə istifadə olunan bütün cümlələrin siyahısını və tərcüməsini ekranın sağ tərəfində görmək;

- Öyrənmək istədiyiniz cümlənin üzərinə klikləməklə düzgün səsləndirilməsini eşitmək;

- Sizə yad olan və öyrənmək istədiyiniz sözü save bölməsində yaddaşa həkk etmək və daha nələr.

 Qeyd edim ki, proqram yenilənəndən sonra artıq Azərbaycan dili də əlavə olunub və xarici dildə istədiyiniz videonu izləyərkən asanlıqla ağıllı proqramlaşdırma vasitəsi ilə bizim dilimizə tərcümə olunur. 

P.S Bu sadaladığımız özəlliklər yalnız Youtube və Netflix platformasına aiddir. 

Post a Comment

0 Comments