Sensory Marketing: Istehlakçıların emosiya və hisslərini hədəf alan bir satış strategiyasıdır.
Araşdırmalara görə alıcıların 83 %-i alışlar zamanı duyğu və davranış komponentini nəzərə alır.
Bəzi şirkətlər süni olaraq təsiredici marketinq strategiyalarından istifadə edirlər .
Məsələn : Sosial şəbəkələrdə hər hansısa bir restoranın postlarına öz tanışları tərəfindən yazılan bu tip şərhlər :
Çox razı qaldıq xidmətdən , yeməklər əla idi və s .
Sensory Marketing strategiyasının özəllikləri bunlardır :
- Vizual görüntü vasitəsi ilə alıcıları cəlb etmək;
- Reklamlarda istifadə olunan səs effektləri və reklamın müddəti;
- Müştərilərin özlərini daha dəyərli hiss etmələri üçün istifadə olunan təsiredici faktorlar.
Nümunə olaraq : Məşhur Coca-Cola brendi hər zaman reklam strategiyalarında duyğu və davranış faktorlarını ön planda tutur. Buraya " Xoşbəxtliyin qapısını aç " sloganını nümunə gətirmək olar .
Fərqli bir nümunə kimi isə , hərkəsin yaddaşında qalan Coca-cola şüşəsinin qapağını açan zaman xüsusi bir səs effektindən istifadə olunmasını göstərə bilərəm.
0 Comments