''Campus Marketing'' və ''Cause Marketing'' nədir❓


Campus Marketing:
Bu marketinq strategiyası əsasən tələbələri işə götürmək adı ilə marka tanınması prosesini həyata keçirməkdir. 

Burada hədəflənmiş auditoriya rolunu tələbələr oynayır və bu istiqamətdə fokuslanmış markalar istəyir ki , hər bir universitetdə, tədris mərkəzində məhsulları tələbələr tərəfindən tanınsın .


Nümunə olaraq : Universitetdə , ətrafımızda olan bəzi insanların bizi qoşulduqları şəbəkələrə cəlb etmək cəhdlərini dəfələrlə görmüşük. 

Həmçinin hər hansısa bir kursun tanınmasını həyata keçirmək və ya insanları ora cəlb etmək də buraya daxildir .

Cause Marketing: Məqsədyönlü bir şəkildə təşkil olunan, marka məlumatlıığını artırmaq şərti ilə cəmiyyətin inkişafına yönəlik strategiyaların tətbiqi prosesidir. 

Burada , əsas olan sosial dəyərlərin yaradılması , markanın istehlakçılar ilə daha yaxşı əlaqələr qurmasını təmin etməkdir.

Cause Marketinq strategiyasının əsas üstünlükləri bunlardır:

- müştəri güvənliliyi

- rəqiblərlə mübarizədə üstünlük qazanma

- istehlakçı etibarlılığını qazanmaq



Nümunə olaraq : Türkiyənin məşhur "Turkcell" brendi şəhid və qazi ailələrinə 25% endirim tətbiq edir .

Post a Comment

0 Comments