Qara marketinq strategiyası❗️


Əl işi hazırlanan geyimlər, hədiyyələr və digər məhsulların satışı ilə məşğul olan"Etsy" platformasında dırnaqarası səs-soraq yaradan bir reklam kampaniyası təqdim olunub.

Belə ki, son günlər Əfqanıstanda hər kəsin heyrətlə qarşıladığı videodan yəqin ki xəbəriniz var:

- Taliban qüvvələrinin Əfqanıstanı işğal etməsindən sonra 2 gəncin çarəsizlikdən təyyarənin üstündə getməyə cəhd etməsi və faciəvi şəkildə ölümü görənləri məyus etmişdir.

Sözügedən reklamda isə geyimin üzərində "Kabul Skydiving Club" (Kabul paraşütlə tullanma klubu) yazısı var və bu reklam kampaniyası faciəvi hadisəyə istinadən hazırlanıb.

İnsan ölümünün əyləncə formatında təqdim olunması həqiqətən də görənləri heyrətə gətirdi və müştərilərin narazıçılığı ilə qarşılandı.

Şirkətin əsas məqsədi isə qara PR strategiyasından istifadə edərək bütün diqqətləri öz üzərinə çəkmək idi.

Anti-reklamın özü də reklamdır deyimi nə qədər uğurlu olsa da, bu tip reklam kampaniyalarını görmək həqiqətən də çox üzücüdür.

Post a Comment

0 Comments