''Permission Marketing'' nədir❓




Şirkətlər tərəfindən sms və e-mail vasitəsi ilə müştərilərə tətbiq olunan bir reklam formasıdır. 

Burada mesaj göndərilməmişdən öncə, müəyyən qaydalar çərçivəsində istehlakçılardan təsdiq mesajı alınır.

Bu reklam formasını tətbiq etmək üçün müştərilərin şəxsi məlumatları ( telefon nömrələri , e-mail ünvanları və s ) müəyyən anketlər tərəfindən qeydə alınır. 

Əsas problem istehlakçıların güvənsiz saytlarda bank kartlarının nömrəsini qeyd etdikdən sonra olur , müəyyən dolandırıcı təşkilatlar bu fürsətdən istifadə edirlər .


Permission Marketing strategiyasının özəllikləri nələrdir ?

- Kampaniya tərəfindən telefon nömrəsinə və e-poçt ünvanlarına göndərilən reklam xarakterli mesajlar

- Yeni kampaniyalar haqqında müştərilərə davamlı məlumat vermək

- Kankret olaraq müəyyən edilmiş hədəf auditoriyası

- Şişirdilmiş vədlər verərək , insanları alışa sövq etmək və s .

 Nümunə olaraq : Bəzi şirkətlər aşırı dərəcə e-poçt reklamları edərək müştəriləri bezdirir və onların bu markadan uzaqlaşmasına səbəb olur. 

Özümdən nümunə gətirsəm , bu yaxınlarda "Alisson" onlayn platformasında bir kurs götürdüm və gmail vasitəsi ilə mənə ötürülən davamlı reklam mesajlarından sıxıldığıma görə kursu davam etdirmədim . 



Post a Comment

0 Comments