Point of Purchase Marketing - İstehlak məhsullarının yerləşdirililməsi üçün marketoloqların və istehsalçıların istifadə etdikləri marketinq strategiyasıdır .
Nümunə olaraq , mağazada kassanın yanında uşaqlar üçün nəzərdə tutulmuş şirniyyat növləri və xırda oyuncaqların xüsusi olaraq yerləşdirilməsini göstərə bilərik.
Point of Sales Marketing - Hər hansısa bir məhsulun satıcıdan alıcıya ötürüldüyü və alış prosesinin həyata keçdiyi bir yerdir . POS - a ən yaxşı nümunə kimi web-saytları göstərmək olar ( Amazon ) .Global Display Markets-in verdiyi proqnoza əsasən, onlayn alış-veriş və digital platforma nə qədər sürətli inkişaf etsə də (POS), alıcıların seçim zövqü və yaş amillərini nəzərə alaraq (POP) alışlarında 2026 - ci ilə qədər 6 % artım olacağı gözlənilir .
Buradan belə bir qənaətə gəlmək olar ki , müasir texnologiyalar , digital platforma nə qədər sürətli inkişaf etsə də , alıcıların seçimini dəyişmək üçün səbəb deyil .
0 Comments