''Philantrophic Marketing'' və ''Inbound Marketing'' strategiyaları nə üçün istifadə olunur❓



Philanthropic Marketing
: Xeyriyyəçilik məqsədi ilə istifadə olunan marketinq kampaniyasıdır, istehlakçıların etibarını qazanmaqla, cəmiyyətin inkişafi yönündə aparılan marketinq strategiyasının bir forması hesab olunur. 

Burada fərdlərin və qurumların cəmiyyətlərinin rifah səviyyəsini yüksəltmək üçün yardım və ya bağış etməsi hesab edilir və strateji xeyriyyəçilik məqsədi daşıyır.

Nümunə olaraq : Gender bərabərliyi , pandemiya və sosial rifah istiqamətində tətbiq olunan marketinq strategiyalarını göstərmək olar .

Inbound Marketing : Buraya marka məlumatlılığını artırmaq və yeni iş sahələri yaratmaq üçün rəqəmsal marketinq üsularından istifadə daxildir. SEO ( Search Engine Optimization ) , sosial media və daha çox rəqəmsal marketinq metodlarından istifadəyə əsaslanan bir marketinq strategiyasıdır.

Nümunə olaraq: Google-da axtarış aparan zaman , potensial müştərilərin ehtiyac duyduqları məhsul və ya informasiyalara çatmaları üçün , şirkət tərəfindən görülən tədbirləri göstərmək olar .

Post a Comment

0 Comments