"Optimind Technology Solutions"-un 2020-ci ilin yekunlarına əsasən təqdim etdiyi statistika göstəriciləri ✔︎



"OPTİMİND TECHNOLOGY SOLUTİONS" - un 2020-ci ilin yekunlarına əsasən , marketinq ilə əlaqəli hazırladığı önəmli statistikasını sizlərlə bölüşürəm :

- Hal-hazırda dəbdə olan instagram və facebook bloglarının alış qərarlarına təsiri , jurnallara və qəzetlərə nisbətdə 63 % daha yüksəkdir.

- Şəkilli və animasiyalı postlar şəkilsiz postlarla müqayisədə 94 % daha çox reaksiya alır .

- Əgər saytınızda olan trafiki 50 %-ə qədər artırmaq istəyirsinizsə , ana səhifədə videobaşlıqdan istifadə edin.

Əgər eyni səhifədə video və məzmun varsa , alıcıların 20 %-i məzmuna , 80 %-i isə videoya baxmağı üstün hesab edir.

- Alıcılar gördükləri məzmunun 10 %-ni , video və animasiyaların isə 58 % -ni öz yadlarında saxlayırlar .

- Orta hesabla alıcı məhsulu almaq istəyirsə , məhsul haqqında yazılan ən azı 10 şərhə fikir verir.

Alıcının məhsul haqqında yazdığı müsbət şərh və ya ətrafındakı insanlara verdiyi müsbət tövsiyyə ən azı 10 alıcını alışa sövq edir ( WOMM EWOMM effekti )



Post a Comment

0 Comments