Marketinq dünyasını gülüş və səmimiyyət xilas edəcək...


Müştəri məmnuniyyətini ən üst səviyyədə saxlamaq və satış tempini artırmaq üçün şirkətlər uzun müddət ərzində planlaşdırılmış, nəticəsi isə bəlli olmuyan bəzi marketinq danışıqlarından istifadə edirlər.

Buraya daimi olaraq müştərilərlə interaktiv ünsiyyətdə olan, həmçinin marketinq fəaliyyətini həyata keçirən şəxslər aiddir.

Əgər şirkətin müştəri qazanmaq üçün təklif etdiyi marketinq strategiyası sadəcə şişirdilmiş vədlər üzərində qurulubsa bu proses qısamüddətli dövr ərzində keçərli olacaq.

Müştərilər danışıq zamanı qəliz və bədii üslubda işlənən cümlələrdən daha çox əsasən bu nüanslara fikir verir:

- Qarşı tərəfin səmimiyyəti və pozitiv enerjisi;

- Danışıq zamanı xoş rəftar və sadəlik;

- Müştərini dəyərli hiss etdirəcək mövzulara toxunmaq;

Demək olar ki, hər kəsin məhəlləsində meyvə-tərəvəz satışı ilə məşğul olan bir ağsaqqal var və müştərilər alış-veriş etdikdən sonra üzlərində hər zaman gülüş olur.

Bunun üçün isə sadəcə səmimi bir gülüş və xoş enerji bəs edir :)

Post a Comment

0 Comments