Kreativ bir açıq hava reklamı (outdoor ads) nümunəsi ...


2019-cu ildə Avstriyada bıçaq-qaşıq dəsti satışı ilə tanınan " Tyrolit Iceline " şirkəti maraqlı bir açıq hava reklam formasından istifadə etdi :

1️⃣ İlk olaraq, boz rəngdə olan və adi bir metal lövhənin üzərinə markanın adını yazdılar, bunu görən insanlar isə demək olar ki, buna əhəmiyyət vermirdilər.

2️⃣ Reklamı hazırlayan şəxslər, lövhədəki bıçaq şəklindən kənar bütün metal təbəqəsinin çürüməsi üçün lövhəyə duzlu su tökərək oksidləşmə prosesini sürətləndirdilər.

3️⃣ 1 ay ərzində pas əlamətləri tam olaraq ortaya çıxdı və çox kreativ bir reklam görüntüsü yarandı.

Lövhə paslanandan sonra meydana gələn sloqan isə belə idi :

 - ''Sonsuza qədər qüsursuz''

Post a Comment

0 Comments