''Google Chrome'' şəbəkəsinə edilən hacker hücumları, diqqətli olun❗️


 Bu yazımda çox önəmli və aktual olan bir problemdən bəhs edəcəm .

Google brauzerlerinə son zamanlarda peşəkarlıqla hazırlanmış hacker hücumları baş verir .

Keçən günlərdə , Google Chrome tətbiqindən istifadə edən zaman qeyri-adi bir mesaj qəbul etdim :

“ Siz Google üzərindən 5 milyardıncı axtarışı etdiniz və bizdən hədiyyə qazandınız “

Hədiyyə seçimləri isə göz qamaşdırır :

- İphone 12 və digər ən son model telefonlar

- Playstation 4

- Səyahət paketləri və.s

Burada , hackerlərin əsas məqsədi istifadəçiləri qalib olduğuna inandırmaq və onların şəxsi məlumatlarını ələ keçirməkdir . 

Sorğuya daxil olan zaman , proqram avtomatik olaraq yönləndirilir və son etapda sizdən bu məlumatlar istənilir :

- Ad , soyad , yaşayış yeri

- bank kartınızın nömrəsi

- digər şəxsi məlumatlarınız

Sorğunun ən böyük hiyləsi isə , seçimlərinizi tez etmək üçün sizə qısa bir vaxt qoyurlar və istifadəçiləri düşünmədən qərar verməyə vadar edirlər .

Əgər qarşınıza bu tip sorğular çıxarsa , ehtiyatlı olmanızı tövsiyyə edirəm.

Post a Comment

0 Comments