Marketinq bəzən risk etməkdir: ''Nike'' brendindən nümunə...


Bu yazımda sizlərə ''Nike'' şirkətinə məxsus olan ''Air Jordan'' adlı ayaqqabıların məşhurluq səbəbini təqdim edəcəm.

Qeyd edim ki, hal-hazırda bu məhsullar yüksək qiymətə satılır və modelin xüsusi olması birbaşa olaraq onun basketbol mədəniyyəti ilə əlaqələndirilməsinə görədir.

Belə ki, ''Nike'' şirkəti 1984-cü ildə əfsanəvi NBA ulduzu ''Michael Jordan'' ilə müqavilə imzaladı və məqsəd Jordan adı yazılmış modelləri oyun zamanı sərgiləmək idi.

Lakin bəzi problemlər yaranmağa başladı, çünki NBA qaydalarına görə oyunçular komandanın formasının rənginə uyğun ayaqqabılar geyinməli idilər. ''Nike Air Jordan'' məhsulları isə yalnız 3 rəngdə idi: ağ, qara və qırmızı.

Bu səbəbdən ''The Bred'' adlı yeni ''Air Jordan'' modeli istehsal olundu, lakin yeni NBA qaydalarında edilən dəyişikliyə görə bu ayaqqabıdan istifadə də qadağan olundu.

Qaydalara görə ''Michael Jordan'' bu ayaqqabılardan istifadə edə bilməzdi, ''Nike'' şirkəti isə istehsal prosesinə artıq başlamışdı.

''Michael Jordan'' isə bütün öhdəliyi öz üzərinə götürərək NBA qaydalarına qarşı çıxaraq bu ayaqqabıdan istifadə edir və hər oyuna görə 5000 $ cərimələnir.

''Nike'' bu cərimələri ödəməyi öz üzərinə götürür və bazar dəyəri hər oyundan sonra yüksək sürətlə artır.






Post a Comment

0 Comments