"Getir" və İngiltərənin məşhur "Tottenham Hotspur" klubu 3 illik rəsmi qlobal tərəfdaşlıq müqaviləsi imzaladı.Qısa zaman ərzində İngiltərədə fəaliyyətə başlamasına baxmayaraq "Getir" şirkəti artıq 15 şəhərdə (London, Birmingham, Manchester, Brighton, Cardiff, Liverpool, Bristol və digər) yemək çatdırılması xidmətini təşkil edir.
Rəsmi tərəfdaşlıqla əlaqəli "Getir"-in verdiyi sosial mesaj belə oldu:
- Futbolun bir yaşam tərzi olduğu İngiltərədə dəqiqələr içində ərzaq və yemək çatdırılmasının Gətir olaraq öz öhdəliyimizə götürürük və Premier League oyunlarından zövq almaq üçün zamanınıza qənaət edirik.
Qeyd edim ki, "Getir" 2015-ci ildə fəaliyyətə başlamasına baxmayaraq İngiltərə, Almaniya, Fransa və Hollandiya kimi hegemon ölkələrin marketinq bazarına giriş edib və 24/7 ərzaq məhsullarının dəqiqələr içərisində çatdırılmasını həyata keçirir.
İşin kopiraytinq tərəfindən baxdıqda "Getir" üçün hazırladığım xəyali sloqan belədir:
- "Tottenham Hotspur" bu yıl bir şampiyonluk "Getir" :)
Nəticədə, 2021-ci ilin ilk 6 ayında "Getir"-in gəlirləri 9 dəfəyə qədər artdı və 7 milyard 555 milyon $-a qədər yüksəldi.
0 Comments