Niyə ''Machine Learning''❓



Son dövrlərdə ''Machine Learning'' ixtisası inanılmaz sürətlə inkişaf edir və dünyaca məşhur şirkətlər dataları analiz edə bilən, həmçinin iş zamanı tələsik verilmiş qərarları məharətlə idarə etməyi bacaran mütəxəssislərin yolunu gözləyirlər. 🤔

 Ölkəmizdə yeni öyrənilən bir sahə olmasına baxmayaraq, bu sahəyə gündən-günə kifayət qədər maraq olduğu müşahidə olunur.
 
İlk öncə ''Machine Learning'' sahəsi ilə biraz yaxından tanış olaq:
 
''Machine Learning'' məlumatların istifadəsi üçün alqoritmlərdən istifadə etmək, ondan nələrsə öyrənmək və bu prosesin gələcək tendensiyalarını proqnozlaşdırmaq praktikası kimi başa düşülür.
 
Daha sadə dildə izah etsək, burada, fərqli alqoritmlərdən istifadə edərək maşını özü qərar verəcək hala gətirmək prosesi başa düşülür.
 
Nümunə olaraq: Əgər siz ''Netflix'' platformasından istifadə edirsinizsə, keçmiş zamanda izlədiyiniz filmlərin kateqoriyasına oxşar olaraq yeni filmlərin tövsiyə olunması prosesi ilə yəqin ki qarşılaşmısınız.
 
Bəli, ''Machine Learning'' artıq öz vəzifəsini yerinə yetirmiş hesab olunur 🙂
 
Nəticə olaraq, əgər sizin texnologiya sahəsində innovativ yeniliklər etmək kimi bir arzunuz varsa, bu sahə tam sizə görə ola bilər.

Post a Comment

0 Comments