''Netflix'' şəbəkəsinin marketinq strategiyası necədir❓

 




Bu yazımda dünyanın ən çox gəlir gətirən və adından söz etdirən platformalarından biri olan Netflixdən bəhs edəcəm .

Statistikalara görə , 190 ölkədə 83 milyona yaxın istehlakçının Netflix abunəliyi vardır.

Netflix platformasının uğurlu olmasını təmin edən marketinq strategiyaları hansılardır ❓

- Yüksək müştəri məmnuniyyəti

- İstehlakçıların özlərini dəyərli hiss edəcəkləri bir mühit formalaşdırmaq

- Brend imicini formalaşdırmaq

- Smart televizorlarda və digər oyun konsollarında istifadə imkanı

- Bezdirici reklamların olmaması

- Video zamanı donma müşahidə olunmaması

Netflix istifadəçilərin rahatlığı üçün bir sıra imkanlar təqdim edir .

- Netflix Party ( dostlarınız ilə eyni anda film izləmə imkanı )

- Netflix Roulette ( yazdığınız elementlərə uyğun film tövsiyyəsi )

Nümunə : Netflix hər hansısa bir dil öyrənmək istəyən istifadəçilər üçün Netflix LLN imkanlarını tətbiq edib .

Chrome brauzerindən bu extensionu yükləyərək istədiyiniz filmə istədiyiniz dildə olan altyazı , səsləndirmə ilə baxa bilərsiniz.

NETFLİX LLN-nin daha bir özəlliyi cümlələri öyrənmək istədiyiniz dildə ekranın bir tərəfində nümayiş etdirir . Həmçinin öyrənmək istədiyiniz sözün üzərinə klik edərək tərcüməsini avtomatik olaraq görə biləsiniz .

Post a Comment

0 Comments