Zibilliyə Atılan Çarpayılar Reklam Lövhələrinə Çevrildi! 🛏
Avstraliyada fəaliyyət göstərən 10:PM adlı döşək şirkəti maraqlı mövzu ilə gündəmə gəlib.
Belə ki, onlar köhnə döşəklərin həyatımızda necə təhlükə yaradacağına dair işarə verir və iddia edirlər ki, hər il Avstraliya küçələrinə 1.8 milyon həcmində bakteriya daşıyıcısı olan dəri hüceyrələri ilə yoluxmuş döşəklər atılır.
Şirkət bu döşəkləri atmaqdansa, onlara düzgün qulluq etmək lazım olduğunu bildirir və çirkli çarpayıların necə bu hala gəldiyini vurğulayaraq döşəklər adından hekayələr danışır.
Şirkət satış üçün lazım olan mesajı da göndərməyi unutmur :)
- Yalnız 10:PM şirkəti öz döşəklərindəki mikrob zərərsizləşdirmə xüsusiyyəti sayəsində saralmış və çirklənmiş döşəklərə çevrilməyəcəyini, atılan digər döşəklər kimi olmayacağını bildirir.
0 Comments