IKEA-dan Fərqindəlik Yaradan Marketinq Kampaniyası❗️

 


Evlər və ofislər üçün rahat şəkildə quraşdırıla bilinən mebel ləvazimatları hazırlayan məşhur İsveç brendi IKEA evsiz və yoxsul insanlara dəstək kampaniyası həyata keçirdi.

"Real Life Roomsets" adı altında təqdim edilən otaqlar Böyük Britaniyanın 4 şəhərində nümayiş edildi və bu konseptin əsas məğzi sığınacaqlarda ağır şəraitdə yaşayan insanların həyat tərzini və çətinliyini göstərmək idi.

Fikrimcə, insanların mənzil və yaşayış böhranları səbəbi ilə üzləşdiyi ağır həyat şəraitini ön plana çıxarmaq təqdirəlayiq marketinq kampaniyasıdır.

Post a Comment

0 Comments