İnklüziv Marketinq Strategiyası...



Şirkət yeni təqdim etdiyi oyuncaq kolleksiyasında sağlamlıq imkanları məhdud uşaqları da nəzərə alaraq bir növ onlara dəstək nümayiş etdirib.

Belə ki, Barbie ® yeni kukla seriyasına daxil olan oyuncaqlara eşitmə cihazları yerləşdirilib və Vitiliqo xəstəliyini daşıyan körpələr vizual olaraq canlandırılıb.

Məlumat üçün qeyd edim ki, Vitiliqo – dəri və selikli qişalarda ağ rəngli (depiqmentləşmiş), oval və ya dairəvi formalı ləkələrlə müşahidə olunan bir dəri xəstəliyidir.

Şirkətin rəhbəri Lisa McKnight gələn ay çıxacaq 2022 Fashionistas seriyasında bu seriyadan fərqli olaraq protez ayaqlı Barbie ® və əlil arabasından istifadə edən oxşar oyuncaqların da olacağını qeyd edib.

Məqsəd isə sağlamlıq imkanı məhdud olan uşaqları az da olsa sevindirmək və onlara dəstək nümayiş etdirməkdir.

#marketing #barbie




Post a Comment

0 Comments