''Ambush Marketing'' nədir? | Coca-Cola vs Pepsi


Dilimizə pusqu marketinqi kimi tərcümə olunan bu strategiya əsasən qlobal brendlər tərəfindən istifadə olunur.

Önəmli olan isə rəqib markaların reklam fəaliyyətini qabaqlamaqla bütün diqqətləri üzərinə çəkə biləcək marketinq fəaliyyəti nümayiş etdirməkdir.


Necə❓


Nümunə olaraq 2014-cü ildə keçirilən Futbol üzrə Dünya kuboku ərəfəsində Coca-Cola və Pepsi brendlərinin savaşını göstərmək tam yerinə düşər.


Belə ki, Coca-Cola şirkəti FİFA (Fédération Internationale de Football Association) təşkilatı ilə müqavilə imzalayıb turnirin rəsmi marketinq partnyoru olduqdan sonra onun əzəli rəqibi Pepsi bu fürsəti lehinə çevirməyi bacardı.


''Ambush Marketinq'' strategiyasından istifadə edərək turnirdə iştirak edəcək dünyanın ən məşhur futbolçularını öz genişmiqyaslı reklam kampaniyalarına cəlb etdilər və bir anlıq hər kəs turnirin sponsorunun Coca-Cola şirkəti deyil, Pepsi olduğunu zənn etdi.


Bir müddətdən sonra isə FİFA dünya kuboku keçirilən zaman turnirdə iştirak edəcək futbolçulara sponsor olmayan brendlərin reklam kampaniyalarında iştirak etməyi qadağan etdi.





Post a Comment

0 Comments