''Viral Marketing'' nədir❓

 


"Viral Marketing" nədir❓

Viral reklam: Davamlı olaraq kontent paylaşımı , internet üzərindən yayılan paylaşımların ağızdan-ağıza yayılması üsulu ( EWOM ) ilə bütün internet istifadəçilərinə çatmaq üsuludur. 

Viral reklamın ən çox istifadə edildiyi sahələr isə video paylaşma saytlarıdır.Viral reklamın məqsədi məhsulu təqdim etmək deyil, hadisəni danışmaqdır.

Viral reklamın üstünlükləri nələrdir❓

- Klassik televiziya reklamları kimi yüksək büdcə tələb etmir;

- Bu reklam növündə məhsul reklamın içində gizli saxlanılır və istifadəçilər ilk baxışda reklam olduğunu başa düşmürlər;

- Viral reklam üsulunda mesaj birbaşa şüuraltına göndərildiyi üçün marka və məhsul haqqında etibarlılıq fikri canlanır.

Viral reklam üçün tövsiyyələr:


- Təkcə hədəf auditoriyası üçün deyil, hər kəsə xitab edə biləcək duyğusal, əyləncəli ssenari yaradın;

- Reklamı elə hazırlayın ki, ilk baxışda maraq qazana bilsin;

- Paylaşmaq üçün asan hala gətirin.

Yerli bazardan nümunə:

Optimal Electronics - Ömür Bitər Yol Bitməz reklam kampaniyası :

- Taleh Yüzbəyovun iştirak etdiyi " Yol " adlı qısametrajlı video vasitəsilə , sonda viral marketing mesajı ötürülür.

Videonu izləmək istəsəniz, bu linkə keçid edə bilərsiniz:

Yol adlı qısametrajlı video

Post a Comment

0 Comments