Bu yazımda kofe adı çəkilən zaman ilk ağla gələn brendlərdən biri olan ''Starbucks'' brendinin təqdim etdiyi uğursuz marketinq kampaniyası və onun səbəblərindən bəhs edəcəm.Şirkət reklam nümunəsi olaraq vizualda isti yay günündə ətrafında həşəratlar dolaşan sərinləşdirici içkiləri ön plana çıxarmışdı.
Slogan: "Collapse into cool"
Əgər problemin nə olduğunu axtarırsınızsa post və vizual ilə əlaqəli deyildir.
2001-ci il 11 sentyabr Amerikada yaşanan faciə haqqında yəqin ki hamımızın məlumatı var. Bütün problem isə bu hadisədən sonra qaynaqlanmışdı.
Belə ki, qeyd olunan tarixdə WTC (World Trade Center) qüllələrinin çökməsindən sonra Starbucks hadisə yerində olan tibbi yardım işçilərindən su almaq üçün 130 $ tələb etmişdi.
Reklam postu bu hadisədən sonra yayımlanmışdı, istehlakçılar sloganda yazılan "collapse" sözünü binanın çökməsinə istinad kimi qəbul etdilər və bu reklam kampaniyası böyük narazıçılığa səbəb oldu.
Bu səbəblərdən marketinq mesajları ötürərkən istehlakçıların emosional davranışları, yanlış anlaşa bilinəcək mövzular kimi amillərə diqqətli yanaşmaq lazımdır.
0 Comments