Marketinq məhsuldan daha çox emosiya satmaq prosesidir...


Bu yazımda sizlərə ''5 To Go'' adlı bir kofeşopun ''Starbucks'' brendinə qarşı həyata keçirdiyi möhtəşəm gerilla marketinq strategiyasını nümayiş etdirəcəm.

Battle-ın başlama səbəbi, Buxarest şəhərinin mərkəzində ''5 To Go''-nun yeni açılan obyektinin bilərəkdən düz ''Starbucks''-ın yanında fəaliyyətə başlaması idi.

''5 To Go'' diqqət çəkmək üçün böyük bir lövhə icarəyə götürərək ''Daha az pula, daha çox kofe'' başlıqlı bilboard reklamından istifadə etdi.

''5 To Go''-nun əsas üstünlüyü hər kofe qabının üstündə 5 ley(1.2 $) yazılması idi və qiymətlər stabil idi. ''Starbucks''-ın satışları aşağı düşdüyünə görə məcbur qalıb rəqibə cavab xarakterli belə bir reklam kampaniyası təqdim etdi:

- ''Starbucksda hər bazar ertəsi kofe 5 ley''


''5 To Go'' fürsət bu fürsət deyib yenidən ''Starbuck''-a atmaca atdı:

- ''Yalnız bazar ertəsi deyil, hər zaman kofelərimiz 5 ley''

Rəqibə meydan oxuma strategiyası və viral marketinq üsulu ilə şirkətin məşhurlaşması nəticəsində ''5 To Go''-nun gəlirləri 6 dəfəyə qədər artdı.



Post a Comment

0 Comments