''Tasty və Buzfeed'' necə sosial media fenomeni oldu ❓



Yəqin ki Facebook platformasında @buzzfeedtasty başlıqlı tez və asan hazırlana biləcək yemək reseptləri videoları tez-tez qarşınıza çıxır.

Ümumi olaraq bu videoların uzunluğu 2 dəqiqə çəkir və əsas məqsədləri ən çox maraq doğuran, həmçinin trendə uyğun yeməklərin sadə izahla qısa həllini göstərməkdir.

Bəs ''Tasty və Buzfeed'' Facebook kütləsini necə ələ keçirdi ❓

- Çünki bu seqmentə aid olan şirkətlər hər zaman yeməklərin xüsusi respetlə hazırlandığını qeyd edirdilər, lakin bu ''Tasty'' bütün streotipləri qıraraq təklif etdikləri yeməklərin 2 dəqiqə içində video şəklində reseptlərini paylaşaraq oxucularda xoş emosiya yaratdı.

Əldə etdikləri uğurlar isə sadəcə inanılmazdır:

- Videoların aylıq ən azı 500 milyon şəxsə çatması;

- Facebook səhifəsində izləyici sayının 100 milyon olması;

- Yayımlanan bütün videoların 2 milyarddan çox görüntülənməsi.

Fikrimcə, bu marketinq kampaniyası bazar payının ələ keçirilməsi prosesinə ən gözəl nümunələrdən biridir.

Bu uğurun qazanılmasında şəxsi analizimə görə bu faktorlar da önəmli rol oynadı:

- Hədəf auditoriyası kimi yalnız Facebook platformasının seçilməsi;

- Marketinq strategiyası zamanı izləyicilərə faydalı olmaq amili;

- Videoların sadə və anlaşıqlı dildə təqdim olunması;

- Fast food yeməklərinin reseptlərinin təqdim olunması;

- Konsepsiyanın viral olaraq yayılmaq ehtimalının yüksək olması.





Post a Comment

0 Comments