''Sosial Media Marketinq'' meneceri kimdir❓


Mövcud olan vakansiyalara nəzər yetirdikdə , diqqətimi ən çox çəkən "SMM Menecer" vakansiyasıdır.

 Bu sahə ölkəmizdə yeni yarandığına görə , vəzifə və öhdəliklər çərçivəsi tam olaraq müəyyən edilmədiyini düşünürəm.

Vakansiyalara göz gəzdirsək görürük ki , əsas tələb olaraq "Sosial Medianı aktiv olaraq istifadə etməyi bacarmaq" qeyd edilir. 

Sosial Mediada aktiv istifadəçi olmaq , şirkətin sosial media marketinq siyasətini apara biləcəyi anlamına gəlməməlidir .

Bəzi şirkətlər , 2 fərqli işi bir vakansiya ilə həll etmək və şirkətin xərclərini azaltmaq üçün müəyyən tədbirlər görürlər.

 Nümunə olaraq : " SMM Menecer " vakansiyasına əlavə olaraq bu şərtləri qeyd edirlər :

- Qrafik dizayn proqramlarında işləmək

- UI , UX bacarıqları və s.

Bəs SMM Menecerin vəzifə öhdəlikləri tam olaraq nədir ❓

- Kontent marketinq və Copywriting bacarığı

- Analiz və reporting

- Hədəf auditoriyasını müəyyən etmək

- Reklam strategiyasını həyata keçirmək

- SEO bilikləri ( Search Engine Optimization )

- KPI və ROI bilikləri ( Key Performance Indicator and Return on Investment )

- Ən əsas olaraq isə , şirkətin nüfüzunu sosial mediada qaldırmaq və təmsil etmək bacarığı

Post a Comment

0 Comments