Augmented Reality Marketing : Burada yenilənən texnologiya avadanlıqları , innovasiyalar vasitəsi ilə alıcıların diqqətini cəlb etmək prosesi mühüm rol oynayır.
AR marketinq üsulu , əsasən mobil cihazların tətbiqinə əsaslanır , xüsusi ilə applikasiyalar vasitəsi ilə.
Nümunə olaraq : Gucci brendinin app vasitəsi ilə " try on " AR marketinq strategiyası.
SEO: Search Engine Optimization : Əgər veb-saytınızın Google , Bing , Yahoo və digər platformalarda daha üst yerlərdə olmasını istəyirsinizsə, bu prosesi dəqiqliklə yerinə yetirmək lazımdır .
Burada, önəm verəcəyiniz əsas məqamlar bunlardır :
- Məhsulun tez və rahat bir şəkildə tapılması üçün lazım olan açar sözləri müəyyənləşdirmək
- Hər səhifə üçün unikal bir başlıq və təsvir etiketi istifadə etmək
- Veb saytınızın sürətli açılmasına diqqət yetirmək
Nümunə olaraq : Məsələn mən təzə kompyuter almaq istəyirəm , axtarış yerinə " kompyuter satışı " yazdıqdan sonra ilk məhsul təklif edən şirkət SEO strategiyasını düzgün tərtib edib və ya ilk olaraq görünməsi üçün ən çox pul təklif edən o olub .
0 Comments