''Shopper Marketing'' nədir❓


''Shopper Marketing'' yeni yaranan marketinq strategiyalarından biri hesab olunur. 

Burada , əsas məqsəd müştəri ehtiyaclarını dərk etmək , alış-veriş prosesini sürətləndirmək hesab olunur.

 Şirkətə alıcıları cəlb etməyin ən yaxşı üsulu , onların alış davranışlarını daha yaxşı dərk edib , ona uyğun planlar hazırlamaqdan keçir .

Uğurlu bir Shopper Marketing strategiyası üçün nələrə fikir vermək lazımdır ?

- məhsulun dizaynı və qablaşdırılmasına;

- məhsulun rəflərə necə düzülməsinə və mağazadakı yerinə;

- oxşar məhsulların yanaşı yerləşdirilməsinə və s.

Aparılan araşdırmalar zamanı məlub olub ki , marketlərdə səsləndirilən musiqilər alış prosesini 20 %-dək artırır və alıcıların marketdə daha çox zaman keçirməsinə səbəb olur .

Nümunə olaraq: Mən supermarketdən kolbasa və ya sosiska almaq istəyirəm , bunun üçün müəyyən bir yol qət edirəm və bu yolu gedən zaman qarşıma çıxan rəflərdə ketçup məhsullarını görürəm , avtomatik olaraq , ketçupu səbətə əlavə edirəm.( ketçup və kolbasa sintez təşkil etdiyi üçün ) .

Buraya , kassalarda uşaqların diqqətini cəlb etmək üçün müxtəlif növ saqqız və şirniyyat məhsullarını da nümunə göstərmək olar.



Post a Comment

0 Comments