''Saffron'' Restoranlar Qrupu olaraq əsas məqsədimiz qonaqlarımızı ən gözəl formada qarşılamaq, həmçinin müasir keyfiyyət standartlarına uyğun olaraq yüksək səviyyədə xidmət təşkil etməkdir.
Qarşımıza qoyduğumuz əsas vəzifə isə restoranlar şəbəkimizi bütün dünyada tanıdaraq ölkəmizin adını beynəlxalq arenada layiqli şəkildə təmsil etməkdir.
''Saffron'' ailəsinə üzv olan restoranlar hər zaman möhtəşəm atmosferi və lüks interyer dizaynı ilə seçilir. Bizi birləşdirən dəyər isə səmimi ortam, qonapərvərlik və ustalıqla hazırlanan yeməklərdir.
Əgər yemək menyularımızdan danışsaq, tam ayrı bir aləmdir: Dadından doymayacağınız, incə zövqlə hazırlanmış menyularımız səbirsizliklə sizin yolunuzu gözləyir.
''Saffron'' Restoranlar Qrupunun daha bir özəlliyi isə ölkəmizin ictimai iaşə sektorunda restoran mədəniyyətinin formalaşmasına önəmli rol oynamasıdır.
Əməkdaşlarımız hər zaman yeni layihələr üzərində çalışaraq xidmət səviyyəsini daha da yüksəltmək üçün səy göstərirlər.
Böyük fəxr hissi ilə bildirmək istəyirik ki, xidmət sektorunda hər zaman yenilikləri ilə göz oxşayan ''Saffron'' Restoranlar Qrupu istər yerli, istərsə də xarici qonaqların sevgisini qazanmağı bacarıb.
Bu sevgini qoruyub saxlamaq üçün isə personalımızı daim özünü inkişaf proqramları və təlimlərinə cəlb edirik.
Əlavə olaraq qeyd edək ki, ''Saffron'' Restoranlar Qrupuna aid olan yeməklər dünya standartlarına uyğun olaraq hazırlanır.
Restoranlarımızı unikal edən cəhətlərdən biri də lüks və dəbdəbəli interyer dizaynının müasir tonlarla olan vəhdətidir. “Saffron” Restoranlar Qrupu yerli və dünya mətbəxinin ən gözəl təamlarını bir araya cəmləyərək qonaqlarımızın gözəl atmosferdə xoş anlar keçirməsinə şərait yaradır.
Bu restoranlar şəbəkəsini yaratmaqda əsas məqsədimiz peşəkar xidmət səviyyəsini ən yaxşı şəkildə nümayiş etdirmək, həmçinin ölkəmizdə qida və xidmət sektorunun inkişafına ciddi təkan verməkdir.
Saffron-un portfoliosuna Bakı şəhərində yerləşən ən məşhur və lüks restoranlar daxildir.
Saffron ailəsinə daxil olan restoranlar aşağıdakılardır: Chinar, Movida, Hard Rock, Paris Bistro, Sahil, Masti Baku, Enerji, Harbour, Madrid Bar, Tosca, Pasifico, El Portalon, Pivnaya Apteka, Buddhabar, Elektra, Atelier 61.
''Saffron'' Restoranlar Qrupu fəaliyyətinə 2010-cu ildə "Chinar" restoranı ilə başlamışdır. Ürəklərdə hər zaman özünəməxsus bir yer tutan "Chinar" -da müasir memarlığın möhtəşəm nümunələri bir araya cəmlənmişdir.
Burada olduğunuz zaman xoş emosiyalar içərisində qeyb olacaq və "Chinar"-ın bənzərsiz terrasından zövq alacaqsınız. Həmçinin "Hard Rock Café" , "Laduree" və "Madrid Bar" kimi dünya brendlərinin Bakı filiallarını özündə birləşdirən restoranlar şəbəkəsi olduğumuzu fəxr hissi ilə bildirmək istəyirik.
Adı ilə dillərə dastan olan "Paris Bistro" - da isə özünüzü bir anlıq Fransada hiss edəcəksiniz. Məşhur Kukla Teatrının qarşısında yerləşən restoranımız həm yerli, həm də xarici qonaqlarımızın sevimli məkanına çevrilmişdir.
Əziz yeməksevərlər, dünya səyahətinə çıxmaq istəyirsiniz? 😊 O zaman Hindistan və Livan mətbəxinin ətirli yeməklərini dadmaq üçün "Masti Baku" -ya gələrək şərq mədəniyyətinə virtual olaraq səyahət edin.
Əlavə olaraq, Xəzərin gözəl mənzərəsindən ilhamlanan "Sahil" restoranından tutmuş, İtaliya mədəniyyətinin tarixi gözəlliklərini avanqard üslubda təqdim edən "TOSCA" , həmçinin İspaniya dəbdəbəsinə Bakıda ev sahibliyi edən "Movida" ən sevilən restoranlarımızdan hesab olunurlar.
Möhtəşəm dizayn quruluşu, amerikan abu-havası və vizual rənglərin yaratdığı bir sənət nümunəsi görmək istəyənlər isə "Pasifico" -ya təşrif buyura bilərlər.
Həmçinin xəyalınızda canlandırdığınız əyləncəli partilər, bənzərsiz səsləndirmə sistemi, işıq illuziyalarının ahəngli rəqsi, məşhur qonaqların canlı ifalarını görmək üçün "Enerji" və "Elektra"-da sizin yolunuzu gözləyirik.
İspaniya mətbəxinin ləziz təamlarını və orijinal reseptlərlə hazırlanmış ispan yeməklərini dadmaq istəyirsinizsə Xəzərin sahilinə gözəllik qatan "El Portalon"-a qonaq gələ bilərsiniz.
Saffron-un gözü, işığı olan "Buddha Bar" -dan danışmasaq olmaz. Azərbaycanın ilk lanç restoranı olan "Buddha Bar" JW Marriott Absheron Baku Hotelinə bir ayrı gözəllik verir.
Dünyanın 25-dən çox şəhərində fəaliyyət göstərən Buddha Bar qlobal bir dünya brendidir. Ruhlandırıcı atmosferi, ekzotik dizaynı və ləziz menyusu "Buddha Bar" -ı xüsusi edən özəlliklərdir.
Pozitiv və enerji dolu ortam sevənlər üçün isə "Harbour" -un gənc, həmçinin sevgi dolu atmosferini tövsiyyə edə bilərik. Burada siz bütün problemləri bir kənara ataraq özünüzü bir anlıq xoşbəxt hiss edəcəksiniz.
"Pivnaya Apteka" ölkəmizdə bar sektorunda brend imici qazanmış ən qabaqcıl restoranlardan biridir, həmçinin burada hazırlanan içkilər və yeməklər xüsusi reseptlərlə hazırlanması ilə fərqlənir.
Pivəsevərlərin əvəzolunmaz ünvanı olan "Pivnaya Apteka" sizə xəyalınızda canlandırdığınız o möhtəşəm ortamı və özəl hissləri yaşadacaq.
Özəl tədbirlərdən tutmuş zövqünüzə uyğun hər növ tədbirlərin keçirilməsi üçün sizə "Atelier 61 Events Hall" restoranımızı tövsiyyə edirik.
Lüks və dəbdəbəli interyer dizaynımızla paralel olaraq qonaqlarımıza təklif etdiyimiz xidmət yüksək peşəkarlıqla həyata keçirilir.
“Saffron” Restoranlar Qrupu olaraq əsas məqsədimiz sahib olduğumuz restoran şəbəkəmizi daha da genişləndirmək, ölkəmizin ictimai iaşə sektorunun inkişafına öz töhfəmizi verməkdir.
Ölkəmizin restoran mədəniyyətini bütün dünyada ən yüksək səviyyədə tanıtmaq qarşımızda duran əsas vəzifədir.
“Saffron” Restoranlar Qrupunu xüsusi edən daha bir özəllik yerli və beynəlxalq təcrübəli mütəxəssislərin bir vəhdət halında birləşərək yüksək peşəkarlıqla çalışmasıdır.
Bu fəaliyyət istiqamətimizi inkişaf etdirmək üçün qonaqlarımıza və şəxsi personalımıza bərabər səviyyədə dəyər veririk.
Şirkətimizin əsas fəlsəfəsi qonaqlarımızı ən yüksək formada qarşılamaq və onların istirahəti üçün əlimizdən gələnin ən yaxşısını etməkdir.
Verdiyimiz dəyərin qarşılığı olaraq qonaqlarımızın yenidən bizim restoranlarımıza təşrif buyurması bizim üçün fəxrdir :)
0 Comments