Kampaniya "patcoearth" adlı bir təşkilat tərəfindən başladılıb və istifadəçilərin emosional hisslərindən sui-istifadə edirlər."Save Turkey" başlıqlı dırnaqarası yardım kampaniyasını paylaşacağınız təqdirdə 0.01$ yardım edəcəyiniz deyilsə də, əksinə bu sadəcə bir yalandır.
Bundan öncə "Black Lives Matter" və "Save a Dog" başlıqlı həssas mövzulardan istifadə edərək istifadəçilərin emosional hisslərindən istifadə etmişdilər.
Bu kampaniyanı başlatmaqda əsas məqsədləri isə sayt trafiklərini artırmaqdır.Təqdim etdikləri saytda isə heç bir rəsmi ünvan və əlaqə məlumtları yoxdur.
Bu kimi yardım kampaniyalarına aldanmamaq üçün nələrə diqqət etməliyik❓
- Yardım kampaniyasını başladan təşkilatın yaradıldığı il və referans incələmələri;
- Təqdim olunan vizualda duyğusal görüntülərin olmaması;
- Emosional çağırışlar olmamalı;
- Təşkiltın veb-saytı hər kəsə açıq olmalı və məlumatlar həqiqəti əks etdirməli.
P.S Instagram istifadəçiləri postu paylaşdıqca pul məbləği şəklində göstərilən hədəf sayını bilərəkdən artırırlar.
0 Comments