Böyük fəxr və qürur hissi ilə bildirmək istəyirəm ki, American Marketing Association tərəfindən ''Professional Certified Marketer (PCM®️)'' statusunu və Digital Marketing Institute tərəfindən ''Certified Digital Marketing Professional (CDMP®️)'' sertifikatını qazandım.
6 ay intensiv davam edən ''Professional Digital Marketing Course + PCM®️'' sertifikasiya proqramı sayəsində rəqəmsal marketinq biliklərini dərindən öyrənməklə, həm marketinqin bütün istiqamətlərində real layihə əsaslı təcrübələr əldə etdim, həm də qlobal səviyyədə dəyərli hesab olunan 2 sertifikasiya qazandım. 👇🏻
1. Professional Certified Marketer (PCM®️) through the American Marketing Association🏅
2. Certified Digital Marketing Professional (CDMP®️) through the Digital Marketing Institute 📈
Bu fürsəti mənim üçün yaratdığı üçün dəyərli rəhbərlərimə: başda Aynur Suleymanli xanım olmaqla, Malahat Abdullayeva (Assoc CIPD) xanıma, Nurkhan Babayev, Assoc CIPD bəyə və xüsusi olaraq ABB-yə təşəkkürümü bildirmək istəyirəm. 💙
Qeyd edim ki, rəqəmsal marketinq mənim dərindən yiyələndiyim sayca 4-cü ixtisasım oldu, daha öncə isə kopiraytinq, kontent marketinq və daxili kommunikasiya sahələri üzrə fəaliyyət sahəmi genişləndirmişdim. 🌟
0 Comments