ADY-nin Dəmiryol Muzeyi yenidən qonaqların üzünə açıqdır!

 


ADY-nin Dəmiryol Muzeyi yenidən qonaqların üzünə açıqdır!

2019-cu ildə açılışı olmuş, lakin pandemiya səbəbindən qısa müddət sonra bağlanmış muzey artıq yeni formatda, daha zəngin eksponat kolleksiyası ilə fəaliyyət göstərir.

Azərbaycan dəmiryol tarixinin incilərindən hesab olunan muzey çox fərqli və maraqlı bir konseptə malikdir.

Muzeydə ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar, o cümlədən XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri nümayiş olunur. Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi isə muzeyin nadir eksponatlarındandır.

Qeyd edim ki, vaxtilə insanlar saatlarının əqrəblərini dəmir yolu stansiyasındakı saatla dəqiqləşdirib düzəldirdilər və bu məkanın qarşısı görüş yeri kimi tarixə həkk olunmuşdur.

Post a Comment

0 Comments